Azərbaycan taekvondoçularının qatılacağı yarışlarla bağlı qərar verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |     19:25 Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO  |     19:02 Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək  |    

Azərbaycan taekvondoçularının qatılacağı yarışlarla bağlı qərar verildi

Beynəlxalq Taekvondo Federasiyasının (ITF) İdarə Heyətinin videokonfransı keçirilib.

"Report"un xəbərinə görə, bu barədə "NTV Spor"a Türkiyə Taekvondo Federasiyasından məlumat verilib.

ITF prezidenti Çunqvon Çuenin başçılığı altında təşkil olunan iclasa Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax da qatılıb.

Toplantıda bir sıra vacib qərarlar qəbul olunub. Böyüklər arasında bu il keçirilməli olan qitə çempionatlarının 2021-ci ilin may ayına qədər təşkilinə icazə verilib. Həmin ilin mayında Çinin Usi şəhərində planlaşdırılan dünya çempionatı sentyabr ayına təxirə salınıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn ilə keçirilməsi və dünya çempionatı səbəbindən 2021-ci ildəki bütün Qran-pri yarışları ləğv olunub.

2020-ci ilin oktyabr ayında Bolqarıstanın paytaxtı Sofiyada baş tutmalı olan gənclər arasında dünya çempionatı ilə bağlı qərar avqustun 15-də veriləcək. Böyük Dəbilqə turnirinin final mərhələsi əvvəlki kimi bu ilin dekabrında olacaq.

İclasda həmçinin yeniyetmələr arasında 2021-ci il dünya çempionatının Sofiyada, gənclər arasında dünya birinciliyinin Seneqalın paytaxtı Dakarda təşkilinə qərar verilib. 2022-ci ildəki Qran-pri yarışlarına isə müvafiq olaraq Sinqapur, İngiltərə və İordaniya ev sahibliyi edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 131 12.05.20 23:11