Koronavirusa qarşı tətbiq ediləcək yeni dərman təsdiq olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Koronavirusa qarşı tətbiq ediləcək yeni dərman təsdiq olundu

Yaponiyada koronavirusa yoluxmuş xəstələrin müalicəsi məqsədilə ABŞ şirkəti tərəfindən hazırlanmış "Remdesivir" dərmanının istifadəsi bəyənilib.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu dərman ABŞ şirkəti onun istehsalı üçün müraciət etdikdən cəmi üç gün sonra təsdiq olunub. Bildirilir ki, "Remdisivir" COVID-19 infeksiyasına yoluxan xəstələrin müalicəsi üçün istifadəyə icazə verilən ilk dərmandır.

Qeyd edilir ki, "Remdisivir" dərmanı Ebola qızdırmasına qarşı mübarizə çərçivəsində hazırlansa da onun səmərəliliyi təsdiqini tapmayıb. Sonradan onun SARS və MERS yoluxmalarına qarşı faydası təsdiq olunub. Həmin dərman ABŞ-ın "Gilead Sciences" biofarmasevtik şirkəti tərəfindən istehsal edilir.

Bununla yanaşı, Yaponiyada yaxın günlərdə "Avigan" və ya "Favipiravir" və "Favilavir" adı ilə tanınan dərmanın da təsdiq ediləcəyi gözlənilir. Bu dırman isə altı il əvvəl "Fujifilm Toyama Chemical Co." şirkəti tərəfindən qripə qarşı mübarizə vasitəsi kimi hazırlanıb. Lakin onun hamilə qadınlara mənfi təsiri nəzərə alınaraq, ondan yalnız digər dərmanlar təsir göstərmədiyi halda istifadəyə icazə verilib. Bununla yanaşı, Çin həkimləri koronavirusun yaratdığı sətəlcəmin müalicəsində bu dərmanın çox səmərəli olduğunu bildiriblər.

Əlavə olaraq bildirək ki, mayın 7-də yerli vaxtla saat 23:00-a olan son məlumata görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 16287 nəfər təşkil edib. Bu xəstəlikdən 5797 nəfərin sağaldığı, 603 nəfərin isə öldüyü bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 023 08.05.20 20:06