Bakıda əsgər özünü alnından güllələyib öldürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda əsgər özünü alnından güllələyib öldürdü
Cəzaçəkmə müəssisəsində əsgər başından özünü gülləyib.

APA xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəzaçəkmə müəssisəsində baş verib.

Penitensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 094 08.05.20 14:25