Teymur Rəcəbov daha bir heç-heçəyə imza atıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Teymur Rəcəbov daha bir heç-heçəyə imza atıb
Şahmat üzrə Millətlər Kubokunda dünya yığmasının tərkibində çıxış edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov dünənki görüşlərdə olduğu kimi daha bir heç-heçəyə imza atıb.

Median.Az
Trend-ə istinadən bildirir ki, qara fiqurlarla oynayan T.Rəcəbov bu gün ilk görüşünü Hikaru Nakamuraya qarşı keçirib. Şahmatçımızın yer aldığı dünya yığması isə ABŞ komandasına 1,5:2,5 hesabla məğlub olub. Turun digər oyunlarında Avropa yığması Hindistan komandasına 2,5:1,5 hesabı ilə qalib gəlib, Rusiya komandası Çin yığması ilə "sülh" bağlayıb.

Bu gün keçirilən dördüncü turda isə dünya komandası Rusiya, Hindistan təmsilçiləri Çin, Avropa yığması isə ABŞ şahmatçıları ilə qarşılaşır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          550 06.05.20 23:48