Bakı polisindən əməliyyat: Üzərində və avtomobilində beş silah gəzdirən şəxs ələ keçdi - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakı polisindən əməliyyat: Üzərində və avtomobilində beş silah gəzdirən şəxs ələ keçdi - FOTO/VİDEO
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş İdarəyə Rəşad Qasımovun üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs - paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəşad Qasımov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd “Licenced Trodemarkof NEW” markalı tapança, altı ədəd patron, bir ədəd patron darağı və bir ədəd bıçaq aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı bir ədəd nömrəsi silinmiş “TOZ 8” markalı ov tüfəngi, bir ədəd “İJ-53” markalı pnevmatik tapança, bir ədəd lüləsi və qundağı kəsilmiş “TOZ B” markalı ov tüfəngi, bir ədəd “Gamo” markalı pnevmatik tüfəng, 14 ədəd patron və bir ədəd bıçaq aşkar olunaraq götürülüb.

Faktla bağlı R.Qasımov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.







скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          825 05.05.20 14:55