Alimlər pandemiyanın nə vaxt başa çatacağı sualı üzərində baş sındırırlar - Riyazi model » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |    

Alimlər pandemiyanın nə vaxt başa çatacağı sualı üzərində baş sındırırlar - Riyazi model

Koronavirus pandemiyası bütün bəşəriyyətin olmasa da, onun ən fəal hissəsinin, müəyyən mənada, ağlını başından alıb. Bu sözlər ilk növbədə siyasətçilərə, işgüzar dairələrin nümayəndələrinə, xidmət sahələrinin işçilərinə aiddir. Alimlər və tibb işçiləri də öz yerində. Ona görə heç təəccüblü deyil ki, indi alimlər, görücülər, az qala hər kəs bu pandemiyanın nə vaxt başa çatacağı sualı üzərində baş sındırırlar.

Bu mövzu ilə maraqlananlar bilirlər, riyazi modelləşdirmə də ciddi məsələdir. Almaniyada buna çox diqqətlə yanaşırlar. İndi alman alimləri də bu məsələdən yan keçməyiblər.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniyanın 3 elmi müəssisəsi - Haydelberq Universiteti, Essen Perspektivli Araşdırmalar İnstitutu və Yulix Tədqiqat Mərkəzi pandemiyanın başa çatacağı təxmini müddətləri modelləşdirməyə başlayıblar. Bu da təsadüfi deyil, çünki Avropa İttifaqında ən qabaqcıl kompüter mərkəzləri məhz burada yerləşir.

Alimlər öz araşdırmasının ilk nəticələrini təqdim ediblər, lakin pandemiyanın başa çatacağı konkret tarix göstərilmir. Səbəb də budur ki, tədqiqat çərçivəsində karantin məhdudiyyətlərinin və onların tədricən götürülməsinin müxtəlif variantları təhlil edilir.

Alimlər milyonlarla (bəlkə də milyardlarla) insanı narahat edən sirrin pərdəsini bir az qaldırıblar. Riyazi modellər qurulmasının aralıq nəticələrini qiymətləndirmək istəsək məlum olur ki, araşdırılan ssenarilərin heç biri koronavirus böhranının tezliklə aradan qalxacağına ümid vermir.

Məsələn, birinci modelə görə əgər yoluxmuşların daha ciddi testləşdirilməsi və təcrid edilməsi şərti ilə mayın əvvəlindən məktəblər və universitetlər, mağaza və restoranların əksəriyyəti açılsa, iyundan etibarən ofislərdə, idman cəmiyyətlərində və digər birliklərdə iş bərpa olunsa, ölkədə yoluxanların sayı 2020-ci il noyabrın sonunda pik həddinə çatmalıdır.

İkinci modelin mahiyyəti bütün məhdudiyyətlərin tədricən aradan qaldırılmasından ibarətdir. Bu halda pik nöqtəsi avqustun sonunda və ya sentyabrın sonunda gözlənilir.

Bu modellərin fərqi təkcə pandemiyanın başa çatması müddəti ilə deyil, həm də yoluxanların sayı ilə bağlıdır. Alimlərin fikrincə, birinci halda belələrinin sayı 1,3 milyon, ikinci halda isə 6,3-7,2 milyon olacaq.

Riyaziyyatçıların təklif etdiyi iki radikal model belədir. Əgər ümumiyyətlə, heç bir məhdudiyyət tətbiq edilməsə, epidemiya dövründə 32 milyon alman koronavirusa yoluxardı. Daha sərt tədbirlər görüləcəyi təqdirdə isə yoluxanların sayı 361 min olardı.

Hökumət bu modellərin hansını seçəcək - bu məsələ hələ açıq qalır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 117 04.05.20 23:00