“The Beatles” üzvlərinin bilinməyən mahnısı satışa çıxarılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


“The Beatles” üzvlərinin bilinməyən mahnısı satışa çıxarılıb
Böyük Britaniyada auksiyon satışlarına dünya şöhrətli “The Beatles” qrupunun üzvləri Pol Makkartni və Rinqo Starrın indiyədək bilinməyən mahnısı çıxarılıb.

“TASS” xəbər verir ki, “Angel in Disguise” (Cisimə bürünmüş mələk) bəstəsinin müəllifi Pol Makkartnidir. Trek Rinqo Starrın “Times Takes Times” (1992-ci il) adlı 10-cu solo albomu üçün yazılıb.

Lakin Rinqonun mahnıdan xoşu gəlmədiyi üçün bəstə alboma daxil edilməyib.

Müvafiq kaset uzun illər boyu “Radio Lüksemburq” radiostansiyasının aparıcısı Toni Prinsin kolleksiyasında qalıb.

Qeyd etmək lazımdır ki, bəstə mayın 19-u satışa çıxarılacaq.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 134 04.05.20 13:00