Meşə yolu ilə postu keçməyə cəhd edən şəxs tutuldu - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |     19:57 AQTA nöqsanlara görə bazar rəhbərlərinə xəbərdarlıq edib  |     19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |    

Meşə yolu ilə postu keçməyə cəhd edən şəxs tutuldu - FOTO

Zaqatalada postu meşə yolu ilə keçməyə cəhd edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, müəyyən edilən müddətə qədər karantin rejimi qaydalarının təmin olunması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Zaqatala və Qax rayonları arasında yaradılan postda “Mercedes” markalı yük avtomobili saxlanılıb. Yoxlanış zamanı sürücü, Ağdam rayon sakini Aqil Hətəmovun hərəkəti üçün icazəsi olsa da, maşında olan Tərtər rayon sakini Paşa Məmmədovun hər hansı icazəsinin olmadığı müəyyən olunub.

Avtomobildən düşürülən P.Məmmədov oradan meşə yolu ilə qaçaraq postu keçməyə və bir qədər aralıda onu gözləyən gəldiyi yük avtomobilinə əyləşməyə cəhd edib. Ancaq asayiş keşikçilərinin çevikliyi nəticəsində o və yük avtomobilinin sürücüsü saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Karantin rejimi qaydalarını pozduqları üçün onların barəsində qanunauyğun tədbirlər görülüb.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 072 02.05.20 16:18