Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq |
Mojo.az Avto
Mojo.az Avto

Xalq artisti: “Kürəkənim ürəyimcədir” - FOTO/VİDEO

02.05.2020 14:00 4 550
Xalq artisti: “Kürəkənim ürəyimcədir” - FOTO/VİDEO
“Kürəkənim ürəyimcədir. Qızım Nəzrinlə kürəkənim Təbrizin tanışlığı qəfil oldu. 15 il böyük oğlumla kürəkənim birlikdə xaricdə təhsil alıblar. Çox yaxın dostdurlar. Onların ailəsi ilə gediş-gəlişimiz olmayıb. Münasibətləri birdən-birə oldu”.

Median.Az
xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova “Xəzər TV”-də yayımlanan “Səni axtarıram” sosial-ictimai proqrama “Skype” vasitəsi ilə canlı efirə onlayn qoşularkən deyib.

Rəssam qızının toyunun koronavirus pandemiyası səbəbi ilə hələlik təxirə düşdüyünü söyləyən Xalq artisti Nəzrin ailə qurduqdan sonra ayrı yaşayacağını bildirdi:

“Hər şeyi şansa və bəxtə bağlayıram. Olur ki, görür, sevir və xoşbəxt bir ailə qurur. Bəzən də görürsən ki, illərdir tanıyırsan, amma alınmır. Bu, Allahın yazdığı bir yazıdır.

İndi bütün övladlar valideynlərlə deyil, ayrı yaşamaq istəyirlər. Böyük oğlum ailə qurub, o da bizdən ayrı yaşayır. Böyük qızım da ailəsi ilə ayrı yaşayır. Nəzrin də Təbrizlə ailə qurduqdan sonra ayrı yaşayacaqlar”.

Qeyd edək ki, Xalq artisti M.Əyyubovanın dörd övladı var. Qızı Nəzrin Nəcəfova peşəkar rəssamdır. Onun əl işləri bir çox xarici ölkələrdə sərgilənib. Nəzrinin nişanlısı Təbriz isə dizaynerdir.//oxu.az

Son xəbərlər