Vergi Məcəlləsinə dəyişikliklər I oxunuşda qəbul edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda


Vergi Məcəlləsinə dəyişikliklər I oxunuşda qəbul edilib
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Qanun layihəsi müzakirəyə çıxarılıb.

“Report”un məlumatına görə, dəyişikliklər barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ətraflı məlumat verib.

Daha sonra çıxış edən millət vəkili Əli Məsimli bildirib ki, indi təqribən 100 milyon manata başa gələn bir şey sonra 500 milyona başa gələcək: “Ona görə də təklif edirəm ki, mənfəət və gəlir vergisi ödəyənlərə də 100 faiz güzəşt tətbiq edilsin”.

Deputat Azər Badamov təklif edib ki, sadələşdirilmiş verginin çərçivəsi 50% artırılsın.

Millət vəkili Vüqar Bayramov isə təklif edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödəniş etmiş sahibkarların ödədikləri məbləğ onların xərcləri sayılsın və buna görə də güzəşt əldə edə bilsinlər.

Qanun layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          619 01.05.20 20:24