Bakıda iki nəfər bankdan saxta sənədlə 10 min manat götürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Bakıda iki nəfər bankdan saxta sənədlə 10 min manat götürdü

Azərbaycandakı banklardan biri iki nəfərdən saxta sənəd qəbul edərək, onlara 10 min manat kredit verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Bankın əməkdaşları fırıldaqçılıq barədə aprelin 28-də polisə xəbər veriblər. Məlum olub ki, 2019-cu ilin iyun ayında 1991-ci il təvəllüdlü Lənkəran rayon sakini E.Mirzəyev və onun zamini, 1988-ci il təvəllüdlü, Şəki rayon sakini T.Məmmədov maliyyə qurumuna müraciət edib.

Onlar özlərini hərbi qulluqçu kimi qələmə verərək, banka saxta sənəd təqdim ediblər. Həmin şəxslər 10 min manat kredit götürdükdən sonra yoxa çıxıblar. Şübhəsiz, həmin şəxslər kredit borcunu qaytarmağı ağıllarına belə gətirməyiblər.

Nəsimi Rayon Polis Şöbəsi hadisə ilə bağlı araşdırma aparır, hələlik faktla bağlı tutulan yoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            938 29.04.20 17:26