Qadınların virusa daha dözümlü olmalarının səbəbi açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |    

Qadınların virusa daha dözümlü olmalarının səbəbi açıqlandı

Çində koronavirusdan ölənlərin daha çoxunun kişi olması “qadınlar virusa qarşı nəyə görə kişilərdən dözümlüdür?” sualını gündəmə gətirib.

Sondakika.com xəbər verir ki, elm adamları infeksiyalara qarşı qadınların immun sisteminin kişilərdən daha güclü olduğunu deyir.

Çinin Xəstəlilkərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin yayımladığı hesabatda kişilərin qadınlarla müqayisədə daha çox müdafiəsiz olduğu bildirilir. Eyni virusa yoluxduqları zaman kişilərdə ölüm faizi 2,8, qadınlarda isə 1,7 faiz təşkil edir.

Koronavirusdan əvvəl yayılan SARS və MERS viruslarından da ölüm hallarına ən çox kişilərdə rast gəlinib.

Kişilərin immun sistemində olan zəifliyi onların bioloji vəziyyətləri və yaşam tərzləri ilə əlaqələndirirlər. Güclü cinsin nümayəndələrinin daha çox məsuliyyət daşıdığı və bununla əlaqədar daha çox stress keçirdiyi qeyd edilir. Bundan başqa, kişilər daha çox siqaret çəkir və ağır işlərdə işləyirlər. Onlar qadınlarla müqayisədə həkimə az hallarda müraciət edirlər.

Eyni zamanda, “mənə heç nə olmayacaq” fikrinin kişilərdə üstünlük təşkil etdiyi güman olunur.

Başqa bir fərziyyə, qadınların immunitet sistemində hələ başa düşülməmiş yaşamaq üstünlüyünün nəslin davam etməsini təmin etmək məqsədilə qurulmasıdır. Bu fərqin qadın hormonu estrogenlə əlaqəli olduğu düşünülür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            979 28.04.20 19:43