Ticarətdəki məhdudiyyətlər narahatlıq yaradır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Ticarətdəki məhdudiyyətlər narahatlıq yaradır

Beynəlxalq Valyuta Fondu (İMF) və Dünya Ticarət Təşkilatı (DTT) ticarətdəki artan məhdudiyyətlər üzündən ərzaq və tibbi ləvazimat tədarükündəki fasilələrdən narahatlıq ifadə ediblər.

Median.Az
xəbər verir ki, bu barədə hər iki təşkilatın birgə açıqlamasında bildirilir.

“Biz virusun məhv edilməsi, iş yerlərinin bərpası, iqtisadi artımın daha da dirçəlməsi baxımdan sərbəst ticarət siyasətinin əhəmiyyətinə daha böyük diqqət yetirməyə çağırırıq”, - bəyanatda qeyd olunur.

Həmçinin bir çox ölkələrdə koronavirusa qarşı mübarizə üçün zəruri dava-dərman, ləvazimat və avadanlığın ixracına qadağa qoyulduğu, halbuki belə məhsulların bir çox insan həyatını xilas etmək üçün böyük əhəmiyyət daşıdığı da qeyd edilib: “İxracatla bağlı qadağalar cəm halında təhlükəli nəticələrə gətirib çıxara bilər. Ayrıca götürdüyümüz fövqəladə vəziyyətdə səmərəli görülən tədbir qlobal böhran zamanı ağır zərər yetirə bilər. Bu kimi addımlar tədarük zəncirlərini pozaraq istehsalatın səngiməsinə səbəb olur, mühüm məhsulları və işçi ehtiyatlarını yanlış məcraya yönəldir”.

Bununla yanaşı, beynəlxalq ticarət əlaqələri genişləndirmədən zəruri avadanlığı istehsal etməyin mümkün olmadığı da diqqətə çatdırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 966 24.04.20 21:19