Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar |
Mojo.az Avto
Mojo.az Avto

Karantini Şabranda keçirən Oksana Rəsulova: “Rayon qızı olmuşam” - FOTO

22.04.2020 21:43 3 610
Karantini Şabranda keçirən Oksana Rəsulova: “Rayon qızı olmuşam” - FOTO
“Koronovirus pandemiyası İrana gəlib çıxanda fikirləşdim ki, onsuz da Bakıda heç bir işim yoxdur. Ata yurdum və məskənim olan Şabran rayonuna, anamın yaşadığı bağ evinə gəldim. Elə oldu ki, burada uzun müddət qalası oldum. Artıq 38-ci gündür ki, paytaxtdan kənarda, Şabrandayam”.

Median.Az
xəbər verir ki, bunu hind rəqslərinin mahir ifaçısı və cazibədar aktrisa Oksana Rəsulova İTV-də yayımlanan “Gəl, qonaq ol!” əyləncəli proqramına “Skype” vasitəsilə qoşularkən deyib.

Aktrisa karantin günlərini ailəsi ilə birgə keçirdiyini bildirib:


“Ana olmağa hazırlaşdığım vaxt Şabrana gəlib, burada uzun müddət qalmışdım. Anamın və atamın yanında... Ailəm də buradadır. Yeni layihələr, planlar haqqında düşünürəm. Etmədiyim şeyləri burada edirəm. Bizim böyük bağımız var. Ev işlərində anama, bağ işlərində isə atama kömək edirəm. Toyuqlara, cücələrə yem verirəm. Yemək bişirib, ev yığışdırıram. Bir sözlə, rayon qızı olmuşam”.

Proqramın aparıcı Saleh Bağırovun O.Rəsulovaya ünvanladığı “Oğlunuz Osman haradadır?” sualına aktrisa belə cavab verib:

“Əgər oğlum Osmanla birlikdə buradan canlı efirə çıxsam, bir yerdə oturmayacaq. Birtəhər onun başını qatıb, sizinlə söhbət etməyə gəldim”.

Daha sonra aparıcının xahişi ilə cazibədar aktrisa hind mahnısının sədaları altında yoqa hərəkətlərini əyani sürətdə nümayiş etdirib.


Qeyd edək ki, ixtisasca ginekoloq olan 38 yaşlı Oksana Rəsulova üç dəfə ərdə olub. O, ikinci həyat yoldaşı - məşhur repçi Elşad Xosedən səkkiz il öncə qalmaqallı şəkildə boşanıb. 2017-ci ildə gizli şəkildə yenidən ailə həyatı quran gözəl aktrisa 2018-ci ildə Osman adlı oğlan övladını dünyaya gətirib.//oxu.az

Son xəbərlər