Bakıda 54 yaşlı fəhlə havalandırma boşluğundan yıxıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda 54 yaşlı fəhlə havalandırma boşluğundan yıxıldı
Bakıda fəhlə binanın havalandırma boşluğundan yıxılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə ötən gün paytaxtın Səbail rayonu, G.Əliyev küçəsi 9 ünvanında, yaşayış kompleksinin həyətində tikilməkdə olan qeyri-yaşayış binasında baş verib.

Belə ki, 1966-cı il təvəllüdlü A.Mazanov qeyri-yaşayış binasının birinci mərtəbəsində yerləşən havalandırma boşluğundan yıxılıb. O, dərhal yaxınlıqdakı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkim müayinəsi zamanı ona qabırğaların, sol kürək sümüyünün sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          527 21.04.20 14:28