Ərdoğan: “Dünya COVID-19-la mübarizədəykən fəallığını artıran terrorçulara aman verməyəcəyik” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Ərdoğan: “Dünya COVID-19-la mübarizədəykən fəallığını artıran terrorçulara aman verməyəcəyik”

“Türkiyə gücünü beynəlxalq hüquqdan və öz mənafeyini qorumaq iradəsindən almaqla Aralıq dənizindəki bütün oyunların qarşısını kəsir”.

Median.Az
-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Huber köşkündə videokonfrans vasitəsilə nazirlərlə görüşündən sonra belə bildirib.

Prezident deyib ki, toplantının əsas mövzusu yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri olsa da, Suriya, Liviya ilə bağlı son baş verənlər də nazirlərlə vidokonfransda müzakirə edilib.

R.T.Ərdoğan bildirib ki, Liviya ilə Türkiyə arasında Aralıq dənizindəki sərhədlərin müəyyənləşdirilməsi haqqındakı müqavilədən narahat olan ölkələr bu müqavilənin şərtlərini pozmaq cəhdlərini davam etdirir: “Rəsmi Liviya hökumətini devirmək istəyən admiral Xəlifə Haftarı da bir daha ölkənin idarəetməsinə dəstək verməyə dəvət edirik. Separatçı təşkilatın koronavirusla beynəlxalq mübarizə tədbirlərini nəzərə almayaraq terror hücumlarına davam etməsi terrorun çirkin üzünü bir daha ifşa edir”.

Türkiyə Prezidenti deyib ki, dünya yeni növ koronavirusla mübarizədə ikən Suriya rejimi də bunu fürsətə çevirib İdlibdə hücumlarını artırmağa başlayıb: “Rusiya ilə bağladığımız 5 Mart Soçi razılaşmasına riayət etməklə bərabər biz bu razılaşmanın şərtlərini pozan fürsətçilərə imkan yaratmayacağıq. Eyni zamanda İdlibdə atəşkəs rejiminin pozmaq üçün təxribatlar törədən təşkilatları da yerlərində oturduruq”.

Ərdoğan bildirib ki, Türkiyə daxilində və xaricində terror təşkilatlarının fəaliyyətlərinin artmasına fürsət verməməkdə qərarlıdır. Bu çərçivədə də son iki həftədə 38 terrorçu Türkiyə ordusu tərəfindən məhv edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            977 20.04.20 23:40