Dünya çempionunun atası koronavirusdan öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda


Dünya çempionunun atası koronavirusdan öldü
"Formula 3" üzrə rusiyalı dünya çempionu, "Ferrari" akademiyasının üzvü Robert Şvartsmanın atası Mixail Şvartsman 52 yaşında dünyasını dəyişib.

"Report"un Rusiya mətbuatına istinadən məlumatına görə, onun ölümünə koronavirus infeksiyası səbəb olub.

Bildirilib ki, 2 həftə öncə virusa yoluxan M. Şvartsman xəstəxanada müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İtaliyanın "Prema Racing" komandasının pilotu olan Robert Şvartsman bu ildən "Formula 2" yarışlarında iştirak edir. O, 2019-cu ildə "Formula 3" üzrə dünya çempionu olub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          732 18.04.20 22:54