Nyu-Yorkda bir gündə koronavirusdan 500-dən çox insan öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Nyu-Yorkda bir gündə koronavirusdan 500-dən çox insan öldü

Son bir gün ərzində ABŞ-ın Nyu-York ştatında daha 2 000 nəfər koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Median.Az
RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endrü Kuomo keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, son bir gündə ştatda virusdan 540 nəfər ölüb.

"Kədərli xəbərlər: təxminən 2 min insan xəstəxanalarımıza yerləşdirildi. Bu, böyük rəqəmdir - hər gün 2 min yeni xəstə”, - deyə qubernator qeyd edib.

O, bununla bağlı vəziyyətin pis olduğunu vurğulayıb.

"Və ən pis xəbərlər - ölümlərin sayı – 540-dır. Bu, əvvəlki kimi çox deyil. Amma 540 nəfər dünən öldü", - qubernator vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 292 000-i ötüb. Bunların 587 666 nəfəri sağalıb, 157 669 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 480 18.04.20 22:30