Bu gün 100-dən çox dünya ulduzu evlərindən canlı konsert verəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:59 Bakıda tarixi binanın dam örtüyü uçdu - VİDEO  |     12:52 Lukaşenko Belarus xalqını hökumətə dua etməyə çağırıb  |     12:46 Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını açıqlayıb  |     12:14 Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıb  |     12:06 Finaldan sonra birjada çöküş: İnvestorlar məşhur serialla bağlı şirkətləri tərk edirlər  |     11:54 "Qarabağ" "Zalsburq"la oynayacaq  |     11:46 DTX dövlətə xəyanətdə şübhəli bilinən şəxsi həbs etdi  |     11:42 OMON-çular tərəfindən Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildilər  |     11:29 İran prezidenti Xankəndiyə səfər edəcək  |     11:22 Bakıda qayınata kürəkənini lomla döydü  |     23:01 Bakıda məşhur ət bazarı bağlanır  |     22:56 Tətil sonrası işə qayıdış - Necə adaptasiya olaq?  |     22:49 ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb  |     22:44 Azərbaycan Çinə toyuq əti ixrac edəcək  |     22:38 Tez-tez sıradan çıxan və bahalı texniki xidmət tələb edən avtomobillər - TOP-5  |     22:31 Daha bir şirkət rəhbərinə “stop” qoyuldu  |     22:24 Rusiyadan gətirilən soğan halqasında bakteriya aşkarlandı  |     22:16 Zəngilanla bağlı 1,3 milyonluq layihə  |     22:11 Pakistan XİN: ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb  |     22:04 Tokayev ictimai yerlərdə niqabı qadağan etdi  |    

Bu gün 100-dən çox dünya ulduzu evlərindən canlı konsert verəcək

100-dən çox dünya ulduzu koronavirusa qarşı mübarizə aparanlara dəstək olmaq üçün mahnılarını ifa edəcəkləri bir tədbir təşkil edirlər.

TV kanallarından və sosial mediadan yayımlanacaq konsert Bakı vaxtı ilə 22.00-da başlayacaq.

“The One World: Together At Home” (“Bir dünya bir evdə”) adlanan tədbirdə Rollinq Stons, Selin Dion, Farel Uilyams, Elton Con, Paul Mak Kartni, Stiv Vonder və Billi Eiliş da daxil olmaqla 100-dən çox müğənni ifa edəcək.

Bütün iştirakçıların ifaları evlərindən canlı yayımlanacaq. Tədbir bazar günü Bakı vaxtı ilə 06:00-a qədər davam edəcək.

İfaları “YouTube”, “Twitter”, “Facebook”, “İnstagram”dan, eləcə də dünyanın bir çox televiziya kanallarından canlı izləmək mümkün olacaq.

Səkkiz saat davam edəcək tədbirdən əldə edilən gəlirin koronavirusla mübarizə məqsədi ilə xərclənəcəyi açıqlanıb.

Tədbir “Global Citizens” təşkilatı və Ledi Qaqanın dəstəyi ilə keçirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 014 18.04.20 18:41