Mojo.az Banner
Son Xəbərlər
16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

"Karantini ləğv edən kimi virusun ikinci dalğası qaçılmazdır, bəs bu oyun nəyə lazımdır?"– Koronavirus barədə 5 suala gerçək cavab

16.04.2020 23:09 3 054
"Məndən hələ də bu virusun sonu barədə soruşurlar. Virus yoxdur deyirlər. Bəzi suallara cavab verməkdən yoruldum. Koronavirus barədə hamınızı maraqlandıran əsas suallara, məsələlərə gerçək bildiyim faktları və fikirlərimi toplayıb yazıram. Virus var, bunu heç kim dana bilməz".

Median.Az
medicina.az-a istinadən bildirir ki, bu açıqlamanı Vyetnamda monitorinq və social araşdırma bürosu olan, Yaxın Şərq ölkələri ilə əməkdaşlıq edən, bir çox Şərq dövlərində ofis nümayəndəliyi olan,rusiyalı mütəxəssis Marina Doye bildirib. Əslində Vyetnamda yaşayan qadın hazırda Tailandda karantinə görə qalıb.
Onun son günlər bütün social şəbəkələrdə ildırım sürəti ilə yayılan analizini təqdim edirik:

"Virus var, epidemiya var, amma bunun ətrafında cərəyan edən çaxnaşma, karantinin arxasında insanların həyatı, sağlamlığı qeydinə qalmaq yox, tamam başqa məqsədlər dayanır.

Mətbuata sanki əmr verilib

Kütləvi informasiya vasitələrini izləyin, baxın ki, hətta kiçik rəsmi və ya qeyri rəsmi informasiyanı necə dəhşətli dərəcədə təqdim edirlər. Ölümlər haqqında xəbərlər iri hərflərlə, qara haşiyədə, sanki nekroloq kimi yazılır.

İtaliyada 89 yaşlı ər-arvadın koronavirusdan ölümü elə xırda detallarına kimi təsvir olunur ki, sanki cavan oğlan xərçəngdən ölüb.

Bir bloger isə instagramda küçəsində yaşlı ər-arvadın ölümünə sanki ağı deyir. "Əvvəl ər öldü, sonra arvadı. Onların yaşadığı evin yanından keçməyə qorxuram. Evin divarını təzəlikcə rəngləmişdilər. Yazıqlar"....

Başa düşmürəm, bu bloger bu vaxta kimi məhəlləsində hər ölən üçün belə ağı deyirdi. Bəlkə də bu vaxta kimi qonşuluğunda infarktdan, insultdan ölən 56 yaşlı kişidən xəbərsiz idi. Bəli, ölüm qorxuludur. Hər yaşda. Amma İtaliya, ABŞ mətbuatı bu vaxta kimi hansı xərçəng xəstəsinin ölümünü, son anını, tabunu çəkib təsvir edib. O ölənlər vətəndaş deyildi?

- Bu virusun müalicəsi yoxdur - Hansı qripin müalicəsi var ki. Herpesin, papilomanın müalicəsi varmı? Yox. O zaman niyə koronavirus qabardılır?

- "Filan qədər insan bu gün koronavirusdan öldü" - Virusdan heç kim ölmür, virusun ağırlaşmasından ölürlər. Hansı ki, o insanlar adi bir qrip həmləsindən də gedəcəkdilər. Çünki orqanizmləri bu dərəcədə çöküb.

- "Vaksin çıxan kimi, bəla bitəcək" - Xeyr. Vaksin sağlam insanlara vurulur və o da ömürlük müdafiə deyil. Qrip vaksini də vuranda, həkimlər 100% söz vermir və vaksin vurulan adam qripə yoluxa bilir.

- "Evdə oturun ki, virus azalsın" - İnsanları bir əsr bağlı qapılar arxasında saxlasaz da, onlar çıxan kimi yenidən epidemiya başlayacaq. İstənilən epidemiya bir ölkədə əhalidə həmin virusa qarşı kollektiv immunitet yarandıqdan sonra sönməyə doğru gedir. Bu təbiətin qanunudur. Hazırda 30% insan yoluxubsa, bu rəqəm 70% ə qalxmalıdır. 75% insan koronavirusu keçirib və bundan xəbər tutmayacaq. Amma immuniteti yaranacaq.

Bu gün karantin elan edə ölkələrdə karantini ləğv olunandan sonra epidemiyanın ikinci dalğası başlayacaq. Bunu bilmək üçün alim olmaq lazım deyil. Virus bir ölkədə 70% əhalini haqlamayınsa, əl çəkən deyil.

" İtaliyanın gününə düşmək istəyirsiz?"- Az qala məsələ çevrilib. Bir qorxu misalıdır İtaliya. İtaliya öz əlləri ilə quyusunu qazdı. İşə yaramayan və təhlükəsizlik sistemi olmayan xəstəxanaları daxilində virusu çoxaldıb ətrafa yaydı. İtaliyada virusu bu həddə xəstəxanalar və tibbi personal oldu. Epidemiyanın başlanğıcında minlərlə insanı xəstəxanaya daşıyıb ordaca yoluxdurdular".

Son xəbərlər