Bakıda toyuq oğurlayan erməni qardaşlar saxlanıldı - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Bakıda toyuq oğurlayan erməni qardaşlar saxlanıldı - TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda toyuq oğurladığına görə iki qardaş tutulub.

Median.Az “oxu.az”a istinadən xəbər verir ki, əməliyyat Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat zamanı aprelin 9-da axşam saatlarında 1966-cı il təvəllüdlü Rövşən Cəfərov və 1971-ci il təvəllüdlü Elçin Danilyan tutulub.

Onlar Yeni Suraxanı ərazisində saxlanılıblar. Onları paytaxt sakini Könül Əhmədovanın şikayəti əsasında tutublar.

Qadın şikayətində bildirib ki, həyətində saxladığı səkkiz toyuq və iki ördək oğurlanıb. Eyni zamanda həmin ərazidə Firdovsiyə məxsus həyətdən 6 toyuq oğurlanıb.

Saxlanılan qardaşlar törətdikləri əməli etiraf ediblər. Həmçinin araşdırmalar zamanı qardaşların 2019-cu ilin dekabrın 31-də evlərdən toyuq oğurladığı da məlum olub. Qardaşlar oğurlanmış bütün malları bazarda satdıqlarını deyiblər.

Saxlanılanların erməni əsilli olması məlum olub. O da müəyyənləşib ki, Rövşən azərbaycanlı qadınla evlənib və onun soyadını götürüb. Bir müddət sonra o həyat yoldaşından ayrılsa da, onun soyadında qalıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 461 14.04.20 15:56