Neft hasilatı deyiləndən daha çox azaldıla bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |    

Neft hasilatı deyiləndən daha çox azaldıla bilər

Aparılan danışıqlardan görünən odur ki, OPEC+ tərəfindən gündəlik neft hasilatını elan edildiyi kimi, 10 milyon barel yox, əslində 20 milyon barel azaltmaq məqsədi qarşıya qoyulub.

Median.Az
xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.

“Buna bənzər nəsə baş versə, dünya da COVID-19 fəlakətindən dönüb işlərinə qayıtsa, enerji sənayesi əvvəlki kimi, indi güman etdiyimizdən xeyli güclü olar. Bu böyük işləri yoluna qaytarmaq üçün mənimlə bir yerdə çalışan hər kəsə, xüsusilə də Rusiyaya və Səudiyyə Ərəbistanına təşəkkür edirəm”, - ABŞ lideri qeyd edib.

Xatırladaq ki, bazar günü OPEC+ formatının iştirakçı ölkələri hasilatın 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən cari ilin may-iyun ayları üçün 23% (9,7 milyon barel), ilin sonunadək 18% (7,7 milyon barel), 2022-ci ilin 30 aprel tarixinədək 14% (6 milyon barel) azaltmaq barədə razılığa gəliblər. Səudiyyə Ərəbistanı və Rusiya hasilatı azaltmağı 11 milyon barel səviyyəsindən hesablayacaq. Həmçinin hasilatı cəmi 100 min barel/gün azaldacaq Meksikaya düşən kvotanın qalan hissəsini ABŞ qarşılayacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 807 13.04.20 20:18