Çernobıl yaxınlığındakı meşə yanğını radiasiya təhlükəsi yaradır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Çernobıl yaxınlığındakı meşə yanğını radiasiya təhlükəsi yaradır

Ukraynanın şimalındakı Çernobıl ərazisində hələ aprelin 5-dən başlayan meşə yanğını 1986-cı ildə qəza baş verən Atom Elektrik Stansiyasının (AES) reaktoru üçün təhlükə yaradır.

Median.Az
xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş AES-in təcrid zolağının bir hissəsinə xeyli ziyan yetirən yanğın artıq 8 600 akr ərazini əhatə edib.

Hadisə yerinə yanğın xidmətinin 400 nəfər əməkdaşı, 100 yanğınsöndürən avtomobili və bir neçə helikopter cəlb edilib.

Son həftə ərzində ərazidə tüğyan edən yanğın üzündən radiasiya səviyyəsinin adi səviyyədən 16 qat artıq olduğu və ətraf əhali üçün təhlükə yaratdığı bildirilir. Buna görə ərazidə yerləşən Poliske kəndində yaşayan 20 nəfər təxliyə olunub.

Təcrid Zolağının Bölgüsü Dövlət Agentliyinin nümayəndəsi Katerına Pavlova bütün səylərini AES-i yanğından qorumaqolduğunu bildirib.

Qeyd edək ki, 1986-cı ilin 26 aprel tarixində Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza tarixin ən irimiqyaslı texnogen qəzasıdır. 1945-ci ildə Yaponiyanın Xirosima şəhərinə atılmış nüvə bombasından 500 qat güclü olan partlayış nəticəsində ilk günlər ərzində 50-dən artıq, sonrakı dövrdə isə 7 minədək adam ölüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 087 13.04.20 20:10