İran koronavirusun bioloji silah olması ehtimalını araşdırır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

İran koronavirusun bioloji silah olması ehtimalını araşdırır

İran Silahlı Qüvvələri Baş Qərargahının Səhiyyə İdarəsinin rəisi, briqada generalı Həsən Aragizadə ölkədə koronavirusun yayılmasının bioloji müharibənin tərkib hissəsi olub-olmamasının araşdırıldığını deyib.

Bu barədə “İhlas Haber Ajansı” İran mediasına əsasən xəbər yayıb.

H.Aragizadə bu ehtimalın İranın elmi mərkəzlərində araşdırıldığını bildirib:

“Qəti bir dəlil olmadan koronavirusun bioloji silah olduğunu deyə bilmərik. Bu iddianı elmi və dəqiq şəkildə təsdiqləmək isə asan deyil. Buna görə, digər ölkələr də həmin məsələni araşdıracaqlar”.

İran Silahlı Qüvvələrinin ilk gündən koronavirusa qarşı mübarizədə Səhiyyə Nazirliyinə dəstək verdiyini qeyd edən general həmin quruma zəruri yardımı təmin etmək üçün ordu daxilində ayrıca birlik yaratdıqlarını söyləyib.

O, ordu tərəfindən ölkə daxilində 7 sahə xəstəxanasının qurulduğunu və ehtiyac olduqda əsgərlərin şəhərlərdə dezinfeksiya işlərində iştirak etdiyini də vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 066 13.04.20 18:56