Azərbaycan HHM bölmələri hazırlıq məşqlərinə başlayıb - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycan HHM bölmələri hazırlıq məşqlərinə başlayıb - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          816 13.04.20 16:51