Bakının Binəqədi rayonunda avtomobildə yanğın baş verib.
APA-nın məlumatına görə, hadisə Mirmahmud Kazımovski küçəsində qeydə alınıb.
"Mercedes" markalı minik maşınının mühərrik hissəsində qəfildən yanğın meydana gəlib. Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub və yanğının avtomobilin salonuna keçməsinə imkan verilməyib.