Bakıda ağır cinayətlərin sayı azalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |    

Bakıda ağır cinayətlərin sayı azalıb

Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə ağır cinayətlərin sayı azalıb.

Paytaxtda aprel ayının əvvəllərindən bəri, xoşbəxtlikdən, heç bir qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd baş verməyib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Aprelin ilk ongünlüyündə Bakıda bir nəfərə ağır bədən xəsarəti yetirmə, bir zorlama, iki soyğunçuluq, iki hədə-qorxu yolu ilə tələb və üç qarət hadisəsi qeydə alınıb.

Qeyd edək ki, mart ayında Bakıda dörd qətl və bir adam öldürməyə cəhd, fevralda üç qətl və iki adam öldürməyə cəhd, yanvarda dörd qətl və üç adam öldürməyə cəhd hadisəsi baş verib.

Azalma bütün növ cinayətlər üzrə müşahidə olunur. Küçələrdə post-patrul mühafizəçilərinin artması və vətəndaşların karantinə riayət etməsi (daim evlərdə olmaları) oğruların şəxsi və dövlətə məxsus əmlakı oğurlamasına imkan vermir. Nəticədə, oğurluqların sayı iki dəfə azalıb.

Qeydə alınan oğurluqların əksəriyyəti paytaxtın Suraxanı, Binəqədi, Xəzər və Yasamal rayonlarının payına düşür.

Lakin hüquq-mühafizə orqanları əməkdaşlarının qeyd etdiyi kimi, məişət münaqişələrinin sayı artıb.

Ailələrin uzun müddət özünütəcrid vəziyyətində qalması insanların psixi vəziyyətinə mənfi təsir göstərir, onları əsəbiləşdirir, qıcıqlandırır və münaqişələrə gətirib çıxarır. Xoşbəxtlikdən, vətəndaşların şikayətini qəbul edən polis əməkdaşları vəziyyəti vaxtında həll edə bilirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 030 10.04.20 17:11