Bakıda metil spirtindən ölənlərin sayı doqquz nəfərə çatdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Bakıda metil spirtindən ölənlərin sayı doqquz nəfərə çatdı

Bakıda Toksikoloji mərkəzə “metil spirtindən zəhərlənmə” diaqnozu ilə yeni daxil olan yoxdur.

Bu barədə Oxu.Az-a mərkəzin rəhbəri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, aprelin 9-da Bakı şəhərinin bir sıra apteklərində tibbi spirt adı altında satılan metil spirtindən istifadə nəticəsində zəhərlənən doqquzuncu şəxs də xəstəxanada ölüb. Ümumilikdə, bu səbəbdən 13 nəfər zərər çəkib.

Qeyd edək ki, ölən doqquzuncu şəxs 1978-ci il təvəllüdlü Şüvəlan sakini Dmitri Pavlovdur.

A.Maqsudov güman edir ki, vəziyyətə son günlər KİV-də spirtli içkilərin təhlükəli olması barədə tez-tez məlumatların yayılması da kömək edə bilər. Bundan əlavə, müvafiq qurumların paytaxtın apteklərində reydlər keçirdikləri və satışdan saxta spirtləri yığışdırıldıqları da bildirilir.

5-10 ml metil spirtinin qəbulu şiddətli zəhərlənmə və korluğa səbəb olur, 30 ml həcmində isə ölümə gətirib çıxarır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 687 10.04.20 15:27