Bakıda motosiklet qəzaya uğrayıb, xəsarət alanlar var » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda motosiklet qəzaya uğrayıb, xəsarət alanlar var
Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Əhmədzadə Lamiyyə Əsgər qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsində keçərkən onu motosiklet vurub.

Hadisə nəticəsində motosikletin sürücüsü və piyada xəsarətlər alıb. Piyada L.Əhmədzadə sağ baldırın sınığı diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          729 10.04.20 12:52