Azərbaycanda insan alveri qurbanlarının sayı açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycanda insan alveri qurbanlarının sayı açıqlandı

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 146 insan alveri və dörd məcburi əmək cinayəti qeydə alınıb.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, 10 nəfərdən ibarət dörd cinayətkar qrup zərərsizləşdirilib, bu hüquqazidd əməllərin qurbanı olan 91 şəxs müəyyən edilib.

2019-cu ildə ayrı-ayrı hüquqazidd əməllərin açılması göstəriciləri də yüksək olub. Belə ki, ağır və xüsusilə ağır cinayətlərin 87,3 faizi, şəxsiyyət əleyhinə olan cinayətlərin 97 faizi açılıb.

Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri də uğurla davam etdirilərək, 329 müvafiq cinayətin açılması təmin edilib.

Qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində dövlət sərhədlərində keçirilmiş tədbirlər nəticəsində 58 nəfər qeyri-leqal miqrant, qeyri-qanuni miqrasiya ilə məşğul olan altı qrup zərərsizləşdirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 085 09.04.20 17:28