Müəllimindən hamilə qalmış məktəblidən son xəbər: "İmtina etməsə..." » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Müəllimindən hamilə qalmış məktəblidən son xəbər: "İmtina etməsə..."

Hazırda tədbirlər görülür, cinayət işi ilə bağlı istintaq gedir, təqsirləndirilən şəxs həbs olunub. Qız sığınacağa yerləşdiriləcək, ona psixoloji və hüquqi yardımlar göstəriləcək.

Median.Az
xəbər verir ki, bu sözləri Lerik rayonunda azyaşlı qızın başına gələn hadisə ilə bağlı Teleqraf.com-a açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib:

"Uşağın dünyaya gəlməsi üçün qıza dəstək olunacaq. Qızın psixoloji-intellektual vəziyyətindən asılı olaraq fərdi inkişafı ilə bağlı ona yardım ediləcək. Vəziyyəti normaldırsa, inkişafa meyillidirsə, biz əlimizdən gələni edəcəyik. Peşə reabiltasiyasına göndəriləcək, gələcəkdə işləməsi üçün şərait yaradılacaq".

Mehriban Zeynalova ki, qız azyaşlı olduğu üçün gələcəyi ilə bağlı qərarlar vermək tezdir: "Müəyyən dövr keçməlidir, qız 18 yaşa çatmalıdır. Bu müddət ərzində onun inkişafı ilə bağlı lazımı addımlar atılacaq, seminarlarda iştirakı, hansısa peşəyə yiyələnməsi təşkil olunacaq.

Hazırda qız hamilə olduğu üçün kənar tədbirlərə ehtiyac yoxdur. Bəzi hallarda uşaqdan imtina olunur. Bunlar hələlik suallardır. Görüş zamanı hər şey bəlli olacaq".

Qeyd edək ki, aprelin 6-da Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdinin kəndin 59 yaşlı rus dili müəllimindən 5 aylıq hamilə olduğu barədə məlumat yayılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 354 08.04.20 21:19