Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu
Beynəlxalq Basketbol Federasiyası (FIBA) bu ilin iyununda keçirilməsi planlaşdırılan bütün turnirləri ləğv edib.

Median.Az
goal.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı da bu il baş tutmayacaq.

B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandiya ilə Andorra yığmaları da mübarizə aparmalı idi.

Kiçik dövlətlərin Avropa çempionatının iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.

FIBA yarış üçün ən yaxşı variantı hazırlamaqdan ötrü toplanacaq və mayda Şuranın növbəti iclasında təqdim edəcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          757 08.04.20 19:59