Azərbaycanda həkimlərin səfərbərliyi elan edilə bilərmi? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda həkimlərin səfərbərliyi elan edilə bilərmi? - AÇIQLAMA

Bu günə qədər Azərbaycanda 717 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib. Onlardan 44 nəfəri müalicə olunaraq sağalıb. 665 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Median.Az xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar ölkə ərazisində aprelin 20-nə qədər gücləndirilmiş karantin rejimi tətbiq olunur.

Zəruri hallarda bir sıra nazirlik və qurumlar, xüsusilə səhiyyə sistemində, hüquq-mühafizə orqanlarında çalışan şəxslər gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Vəziyyətdən asılı olaraq, koronavirusa yoluxma hallarında artım müşahidə edilərsə, həkimlər arasında səfərbərlik elan edilə bilərmi?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu istiqamətdə müzakirə aparılmır.

Eyni zamanda, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq məqsədilə prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq, TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir.

COVID-19 xəstəliyi ilə bağlı müalicə üçün respublikanın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işçiləri bu linkə daxil olaraq, müraciət edə bilər.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxan şəxslərdən 8 nəfər vəfat edib. Xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilən şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar olaraq, 53 300 test aparılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            974 08.04.20 15:16