Dünyada koronavirusa yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur » Median.Az - Bütün xəbərlər bir ünvanda


Dünyada koronavirusa yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur
Dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın bir sıra ölkələrin və təşkilatların statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur. Qeyd edilir ki, virusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 1 407 123 təşkil edir. Dünyada 80 759 insan pandemiyanın qurbanı olub.

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          758 07.04.20 23:54