Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək - RƏSMİ

“Karantin müddəti uzandığı halda, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək”.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər ailəyə birdəfəlik ödəniş bir dəfə veriləcək:

“Əgər ailədə iki nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər. Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək”.

Nazir qeyd edib ki, əgər işsiz kimi qeydiyyata düşən şəxsin şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə, onun qeydiyyata düşməsində problem yarana bilər:

“Bütün məlumatlar elektron fin nömrə üzərində araşdırılır. Vəsiqənin vaxtı bitibsə, onda biz onun məlumatlarını yoxlaya bilməyəcəyik və ona işsiz statusu verə bilməyəcəyik”.

Nazir qeyd edib ki, əgər ailədə ata, ana və 18 yaşından yuxarı əmək yaşına çatmış iki övladı varsa, birdəfəlik ödənişin verilməsi üçün övladlar nəzərə alınmır:

“Ancaq ana və atanın biri əmək müqaviləsi üzrə işləyirsə, artıq dövlət ona yardım edir. Digərinin alması artıq düzgün olmazdı. Övladların ayrıca birdəfəlik ödəmə almaq hüququ var və müraciət edə bilərlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 013 07.04.20 19:40