Sahil Babayevdən əmək müqaviləsiz işləyənlərlə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Sahil Babayevdən əmək müqaviləsiz işləyənlərlə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

“Pandemiyanın və bərabərində gətirdiyi məhdudiyyətlərin iqtisadiyyata, məşğulluğa vurduğu zərərlərin aradan qaldırılması üçün silsilə tədbirlər görülüb”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dörd istiqamət üzrə 10 tədbir nəzərdə tutulub:

“Bu tədbirlər 1 milyon 900 min insanı əhatə edəcək. Sosial sahədə dayanaqlığın qorunması üçün istifadə olunacaq vəsait 394 milyon manatdır, bu məbləğin 100 milyonu dövlət büdcəsindən, 203 milyonu Dövlət Sosial Müdafiə Fondundan, 91 milyonu İşsizlikdən Sığorta Fondundan istifadə ediləcək.

Bu gün dövlət büdcəsi ilə yanaşı, rəsmi qurumların bütün ehtiyatları bu istiqamətlərə yönəlib. Dörd ana istiqamət var və bunun hər birinin arxasında müxtəlif kəsimdən olan insanlara dəstək verilməsi durur.

910 min insan, dövlət sektorunda əmək müqaviləsi ilə çalışan işçilərin hər biri sosial müdafiə tədbirləri ilə əhatə olunub. Əsassız ixtisarlara yol verilmir, müəyyən edilmiş kvota çərçivəsində həyati vacib obyektlərin, qurumların fəaliyyətinin davam etdirilməsi üçün minimal sayda işçi işə cəlb edilir. Onların gəlirlərinin təminatı davam edir”.

Nazir qeyd edib ki, 660 min insan əmək müqaviləsiz qeyri-dövlət sektorunda çalışır:

“Bu insanların qorunması üçün işəgötürənlərlə müzakirələr aparıldı. 10 gündə əmək müqavilələrinin sayında artım oldu. İxtisarlar olmadı. Ləğv edilən əmək müqaviləsi üzrə işəgötürənlə söhbət aparılır. Bunun obyektiv və subyektiv səbəbdən olması müəyyənləşdirilir.

İşçilərin ixtisarını aparmayan sahibkarlara dövlət dəstəyi göstəriləcək. 690 min qeyri-neft sektorunda çalışan insanları əhatə edə bildik”.

“Üçüncü istiqamət isə işsizlər və əmək müqaviləsi olmadan qeyri-formal sahədə işləyən və bu gün pandemiyaya görə işini itirən insanlara aiddir. İşsiz əhalinin müəyyən qədər uçotu mövcud idi.

100 mindən artıq şəxsin uçotu təmin edilmişdi. Yerdə qalan şəxslərin isə uçotu yox idi. Şikayət edənlərin böyük əksəriyyəti əmək müqaviləsi olmadan çalışanlar idi. O insanların sosial təminatı yox idi. Prezidentin tapşırığı ilə bu şəxslərin təminatı üçün tədbirlər hazırlandı”, - deyə S.Babayev əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 405 07.04.20 19:25