Daxili İşlər Nazirliyi Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı maarifləndirici video çarx hazırlayıb.
Videoda əhalini tez-tez narahat edən suallara aydınlıq gətirilib. Bunlara “məişət tullantısı atmaq üçün SMS icazəsi lazımdırmı”, “yaxın qohumların dəfni dedikdə kimlər nəzərdə tutulur”, “taksi fəaliyyəti ilə bağlı hansı məhdudiyyətlər olacaq” suallar aiddir.