Bakı-Sumqayıt yolunun genişləndirilməsi zamanı ağacların götürülməsi ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakı-Sumqayıt yolunun genişləndirilməsi zamanı ağacların götürülməsi ilə bağlı AÇIQLAMA

“Bu günlərdə istifadəyə verilən Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi çərçivəsində tikinti altına düşən ağaclar köçürülərək, müvafiq ərazilərdə əkilib və hazırda bioloji inkişafına nəzarət olunur”.

Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsinin mühüm sosial-infrastruktur əhəmiyyətə malik olduğunu və tıxacların aradan qaldırılması baxımından böyük rol oynayacağını nəzərə alaraq, ictimai dinləmədən sonra tikinti altına düşən ağacların köçürülməsinə rəy verilib. Ağaclar çıxarılaraq Binəqədi və Abşeron rayonları ərazisində əkilib.

Agentlik rəsmisi bildirib ki, bu günlərdə Sumqayıtda və Abşeron rayonunda da belə dövlət əhəmiyyətli layihələrin icrası üçün Agentliyə müraciət edilib:

“Layihələrin mühüm əhəmiyyəti və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyi nəzərə alınaraq, mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq, kök torpağı ilə uyğun ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verilib.

Ümumiyyətlə, iqtisadi və sosial inkişaf tempinə uyğun olaraq ekoloji təsirlərin qiymətləndirilməsi məqsədilə bizə təqdim olunan layihələrin bir hissəsində, xüsusilə dövlət əhəmiyyətli sosial-infrastruktur layihələrdə ağacların köçürülməsinə zərurət yaranır və ekspertlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmələrdən sonra yaşıllıqların yerinin dəyişdirilməsi və yeni yaşıllıq sahələrinin salınması tələbi ilə rəy verilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 889 04.04.20 15:26