Müğənni Cəmilənin qapısını döyüb yemək istədi və səhəri günü bu baş tutdu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Müğənni Cəmilənin qapısını döyüb yemək istədi və səhəri günü bu baş tutdu - VİDEO
Müğənni Cəmilə İsgəndərova (Elit Star) pandemiya səbəbilə evlərindən bayıra çıxa bilməyən və ehtiyacı olan qonşularına yardım edib.

Sənətçi yardım aksiyasını yaşadığı ərazidə küçədə təşkil edib.

Cəmilə xanımın sözlərinə görə, yardıma ehtiyacı olan biri onun qapısını döyüb ac olduğunu deyəndən sonra bu aksiyanı təşkil etmək qərarına gəlib:

"Bu çətin günlərdə xalqıma səbr diləyirəm. Qapımı döyürlər, deyirlər ki, dünəndən acam, acından gecəni yata bilməmişəm. Mən buna necə dözə bilərəm? Mən də yata bilmərəm axı. Bu mənim xalqımdır. Xalqımın pisinə qurban olum! Bu yardım aksiyasının ən başında duran Elgiz Əkbərdir".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 699 04.04.20 14:38