Bu ölkə Çinin sərhəd qonşusu olsa da, orada COVID-19-a yoluxma halı qeydə alınmayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |    

Bu ölkə Çinin sərhəd qonşusu olsa da, orada COVID-19-a yoluxma halı qeydə alınmayıb

Bütün dünyaya yayılan koronavirusun Çinin sərhəd qonşusu olan Tacikistanda aşkarlanmaması böyük maraq doğurub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Qeyd edək ki, epidemiya məhz Çindən bütün dünyaya yayılaraq, 200-ə yaxın ölkəni öz təsiri altına salıb.

Bəzi ekspertlər Tacikistanda yoluxma halının olmamasını rəsmi Düşənbənin idarəçiliyinin qələbəsi kimi qeyd edirlər. Digərləri isə bunu Çinin qonşusu olmasına rəğmən, Tacikistanın əhəmiyyətli yollardan kənarda qalması, tranzit keçidlərə qapalı olması və turistlərin üstünlük verdiyi ölkələr sırasında yer almaması ilə izah edirlər.

Tacikistanda koronavirusa yoluxma halı qeydə alınmasa da, ölkədə pandemiyaya qarşı bir sıra tədbirlər həyata keçirilir. Belə ki, Uhanda koronavirusun yayılmasından sonra Tacikistan yanvarın 30-da Çinlə, daha sonra isə Əfqanıstan, Özbəkistan və Qırğızıstanla sərhədlərini bağlayıb.

Martın 20-dən başlayaraq bütün təyyarə uçuşları dayandırılıb.

Xaricdən təxliyyə olunan vətəndaşlar isə karantinə alınıb. Hazırda 4077 nəfər karantin mərkəzində vaxtlarının bitməsini gözləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 126 03.04.20 18:41