Mojo.az Banner
19:56 Çörəksiz bir ay - Bədəninizdə nə baş verir?  |     19:39 Arvadını öldürmək istəyən şəxsin cəzası azaldıldı - Səbəb  |     19:27 Pakistanda törədilən hücumlarda 10 polis əməkdaşı həlak olub  |     19:17 Rusiyada azərbaycanlının 2 milyonluq evi ƏLİNDƏN ALINDI  |     19:09 Balakəndə kişi bu mesaja görə bacanağını və arvadını bıçaqladı - QISQANCLIQ  |     19:05 Azərbaycanda əhalinin bank əmanətləri artıb - RƏQƏMLƏR  |     18:57 İranın bir neçə şəhərində partlayışlar oldu - Video  |     18:42 Azərbaycanda ekstern imtahanları keçirildi  |     18:30 Həkim-xəstə qarşıdurması: Günahkar kimdir?  |     18:22 Ötən il Azərbaycanda mobil operatorların gəlirləri 1,3 milyard manata yaxınlaşıb  |     18:07 "Kəpəz" "Şamaxı"ya uduzdu  |     18:00 Bu yollarda duman olacaq  |     17:34 "NexTrack" şirkəti müqaviləsiz işçi çalışdırıb - 20 min cərimə  |     17:23 Xankəndidə hazırda nə qədər erməni yaşayır?  |     17:11 Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb - Ağdamdakı cinayətin təfərrüatı  |     17:02 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi  |     16:55 Yaşlı qadını aldatdı, pul aldı, telefonunu oğurladı  |     16:48 Məşhur müğənniyə qarşı dələduzluq olub, polisə şikayət edib  |     16:39 Xalq artistinin döyülən oğlunun xəsarətləri məlum oldu  |     16:15 Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də işini itirdi  |    
Left Banner
Right Banner

Koronaya görə hansısa provayder güzəşt edir? - Sorğu

02.04.2020 23:26 1 471
Koronaya görə hansısa provayder güzəşt edir? - Sorğu
Sosial şəbəkələrdə vətəndaşlar internet provayderlərin ölkədə tətbiq edilən xüsusi karantin rejiminə baxmayaraq, ödənişlərin edilməsində möhlət verməməsindən şikayət edirlər. Vətəndaşlar bildirirlər ki, hazırda əsas provayderlər aylıq ödənişin vaxtı tamam olan gün internetin verilməsini dayandırıb.

Məsələ ilə bağlı axar.az ölkədə fəaliyyət göstərən bəzi internet provayderləri arasında sorğu keçirib.

KATV1: Hazırda ödənişlər dondurulmayıb. Şirkət yalnız tibb işçilərinə güzəştlər edib.

Nar Citynet: Müştərilərə ödənişlərin edilməsi üçün ənənəvi olaraq 15 gün möhlət verilir. Bu müddət bitdikdən sonra əlavə güzəşt edilmir. Şirkət karantin rejimindən əvvəl də bu möhləti müştəriləri üçün verirdi. AzFiberNet: Karantindən əvvəl də ödəniş etmək üçün müştərilərə 4 gün möhlət verilirdi. Lakin karantinlə əlaqədar xüsusi möhlət nəzərdə tutulmayıb.

Alfanet: Hər ayın 5-nə qədər möhlət verilir (5 gün). Xüsusi rejimlə əlaqədar əlavə möhlət nəzərdə tutulmayıb.

AiləTV: Yalnız televiziya kanallarının ödənişində möhlət verilir. İnternet haqqının ödənilməsində isə möhlət müddəti 1 gündür. Bunun da xüsusi rejimlə heç bir əlaqəsi yoxdur.

Birlink: Karantin rejimi ilə əlaqədar heç bir güzəşt nəzərdə tutulmayıb. Şirkət tərəfindən müştərilərə hər ay 2 gün möhlət verilir.скачать dle 11.3