Qanunsuz fəaliyyət göstərən iaşə obyektləri cərimə edildi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |    

Qanunsuz fəaliyyət göstərən iaşə obyektləri cərimə edildi - VİDEO

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 1-dən 2-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 41, o cümlədən Bakı şəhərində 10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərindən biri həbs olunub, 40 nəfəri isə cərimə edilib.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə bir nəfər həbs olunub, beş nəfər isə cərimə edilib.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 1243 nəfərə, onlardan Bakı şəhəri üzrə 868 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 12 şəxs isə inzibati qaydada həbs olunub.

Ümumilikdə ötən gün ərzində respublika üzrə 14 nəfər inzibati qaydada həbs edilib, 1288 nəfər inzibati cərimə olunub.

Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı iki metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 049 02.04.20 22:48