Taksilərdə gediş haqqı bahalaşıb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Taksilərdə gediş haqqı bahalaşıb?

Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumatda qeyd olunub.

Əhalidən zərurət olmadıqca evdən çıxmamaq tələb olunsa da, təəssüf ki, şəhərdə vəziyyət bir qədər başqadır.

Vətəndaşlar əvvəl marketlərdə bəzi məhsulların (zəncəfil, ət məhsulları, tərəvəzlər) bahalaşmasından, bu gün isə taksi xidmətinin bahalaşmasından şikayət edirlər. Paytaxtda fərdi qaydada taksi kimi fəaliyyət göstərən şəxslər sərnişinlərə eyni məsafəni fərqli, bəzən də baha qiymətə təklif edirlər. Metronun “20 Yanvar” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasının qarşısına qədər olan məsafədə hərəkət üçün sərnişindən 6-8 manat arası ödəniş tələb olunur.

Məsələni dəqiqləşdirmək üçün bir neçə taksi xidməti göstərən şirkətlə əlaqə saxladıq. Onlardan metronun “20 Yanvar” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasının qarşısına qədər olan gedişin qiymətinin nə qədər olacağını soruşduq.

Aldığımız cavablar belədir:

“Omega” taksi şirkəti - 3 manat
“Alo taksi” şirkəti - 4,10 manat
“Taxify” şirkəti - 3,55 manat
“Uber” şirkəti - 3,29 manat

Mövcud vəziyyətlə əlaqədar insanların bir-birinə qarşı daha diqqətli və anlayışlı davranması önəmlidir. Lakin təəssüf ki, bu məqam əksər hallarda unudulur. Qiymət məsələsinə gəldikdə isə, bu qalır fərdi qaydada taksi xidməti göstərən sürücülərin insafına.

Xatırladaq ki, ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tövsiyə edilib.

Bildirilib ki, paytaxt ərazisində sərnişindaşımalar müntəzəm və ekspress xətt avtobusları vasitəsilə həyata keçiriləcək. Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək.

Əhalidən xahiş olunur ki, evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürsünlər.

Onu da qeyd edək ki, karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            859 01.04.20 19:13