Sumqayıtda dezinfeksiya tədbirlərindən narazılıq: İcra hakimiyyəti açıqlama verdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Sumqayıtda dezinfeksiya tədbirlərindən narazılıq: İcra hakimiyyəti açıqlama verdi - VİDEO

Sumqayıt sakinləri şəhərdə aparılan dezinfeksiya tədbirlərindən narazıdır.

Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.


Ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən dezinfeksiya tədbirlərinin daha da gücləndirilməsinə qərar verilib. Buna baxmayaraq, Sumqayıt şəhərində vəziyyət bir qədər başqadır.

Belə ki, vətəndaşlar mərkəz küçələr istisna olmaqla, şəhərin başqa istiqamətlərində dezinfeksiya işlərinin aparılmadığını iddia edirlər:

“Yalnız İcra Hakimiyyətinin qarşısı, Sülh prospekti və bəzi mərkəzi yollarda dezinfeksiya xidmətinin xüsusi geyimli əməkdaşları gözə dəyir. Onların da necə dezinfeksiya etdiyini görürsünüz. Həmin şəxslərin əllərində olan xüsusi qablarda heç bir məhlul yoxdur. Sadəcə, görüntü yaradırlar”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İcra Hakimiyyətindən Oxu.Az-a bildirdilər ki, şəhər daxilində həyata keçirilən dezinfeksiya işləri görüntü xarakterli deyil:

“Biz deyilənlərlə razı deyilik. Çünki bu iddialar dezinfeksiya işlərində gecə-gündüz çalışan əməkdaşlara qarşı haqsızlıq olardı. Xüsusi ayrılmış kommunal texnikalar hər gün dezinfeksiya işlərini həyata keçirir. Şəhərin mərkəzi hissəsindən başlayaraq, texnikalar vasitəsilə yollar yuyulur. Dünən də şəhərin əsas giriş yolu olan, uzunluğu 5 kilometrə yaxın Sülh prospekti hər iki istiqamətdə dezinfeksiyaedici məhlullarla yuyulub.

Yuyulma zamanı müxtəlif dezinfeksiyaedici məhlullardan istifadə olunur. Həm çiləmə, həm də xüsusi texnika vasitəsi ilə yollar dezinfeksiya olunur. Dezinfeksiya işləri hər gün sakinlərin gözü qarşısında aparılır. Onu da qeyd edim ki, Sumqayıt şəhərində həyata keçirilən işlər görüntü üçün deyil, əhalinin təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilir. Ola bilsin ki, videonu lentə alan şəxs uzaq məsafədə olub. Xüsusi geyimli əməkdaşlar əsasən, səkilərdə çiləmə üsulu ilə dezinfeksiya işlərini həyata keçirirlər. Eyni zamanda, texnika vasitəsi ilə də xüsusi məhlulla yollar yuyulur”.

İcra Hakimiyyətindən o da qeyd olunub ki, dezinfeksiya işləri yalnız mərkəzi küçələrdə deyil, şəhərin müxtəlif ərazilərində, binaların həyət və girişlərində də aparılır:

“Sumqayıt şəhərində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, qabaqlayıcı tədbirlər həyata keçirilir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır.

Bununla yanaşı, mütəmadi olaraq yaşayış binalarının həyətlərində, blokların girişlərində, liftlərdə, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər həyata keçirilir”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 169 31.03.20 17:53