Maskasız evdən çıxanlar cərimələnəcək? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Maskasız evdən çıxanlar cərimələnəcək? - AÇIQLAMA

Sumqayıt şəhərində polislər tərəfindən vətəndaşlara sabahdan evdən maskasız çıxan hər kəsin cərimələnəcəyi deyilib.

Median.Az
xəbər verir ki, bu barədə şəhərin müxtəlif istiqamətlərində insanlara yaxınlaşan polis əməkdaşları məlumat verib.

Cərimə tətbiqi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Nazirlər Kabinetinin mətbuat Xidmətinin Rəhbəri İbrahim Məmmədovla əlaqə saxladıq.

İ.Məmmədov redaksiyamıza açıqlamasında maska istifadə etmədən küçəyə çıxan şəxslərin cərimə edilməsi ilə bağlı onda heç bir məlumatın olmadığını bildirdi.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə bildirib ki, aidiyyəti orqanların əməkdaşları mövcud vəziyyətin ciddiliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib:

“Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətlər insanların sağlamlıqlarına daha ciddi yanaşması üçündür. Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlara görə, maskasız küçəyə çıxmaq təhlükəlidir. Əgər karantin rejimi dövründə edilən xəbərdarlıqlara əhəmiyyət verilməzsə, o halda cərimə tətbiq oluna bilər”.

Xatırladaq ki, ölkədə koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı Nazirlər Kabineti tərəfindən tətbiq edilən xüsusi karantin rejim daha da gücləndirilib. Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirib. Məlumatda koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            636 30.03.20 22:42