Nazirlik rəsmisi: “Evdə qal, idmansız qalma” verilişi sayəsində idmançılarda rəqabət formalaşıb” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Nazirlik rəsmisi: “Evdə qal, idmansız qalma” verilişi sayəsində idmançılarda rəqabət formalaşıb”

“İdman TV”də efirə gedən “Evdə qal, idmansız qalma” verilişi Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ərsəyə gələn bir layihədir. Bir neçə günün içində bu reallaşdı. Əsas məqsəd ondan ibarətdir ki, karantin müddətində evdə qalarkən passivləşməyək. İdman həm insanı aktiv saxlayır, həm də pozitiv əhval-ruhiyyə yaradır”.

Bunu Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

O, nazirliyin və “İdman TV”nin birgə layihəsinin gözlədiklərindən daha çox maraqla qarşılandığını bildirib. Bu səbəbdən də əvvəlcə həftənin üç günü nəzərdə tutulan verilişin sayı daha sonra beş günə artırılıb:

“Bu layihəyə bizim məşhur idmançılarımız – Olimpiya, dünya və Avropa çempionlarımız cəlb olunub. İlk qonağımız Olimpiya çempionumuz, nazirliyin İdman Şöbəsinin müdiri Fərid Mansurov oldu. Daha sonra digər Olimpiya çempionumuz Elnur Məmmədli insanlarımıza evdə oturaraq necə idman etməli olduğumuzu göstərməyə çalışdı. Üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev, bu gün isə atletika üzrə qitə çempionumuz Nazim Babayev öz evlərindən qonaq qismində qatıldılar. Sabah karateçimiz Rafael Ağayev, birisi gün isə sabiq taekvondoçumuz Rəşad Əhmədov qonaq olmalıdır.

Bu layihəyə kifayət qədər azarkeş kütləsi olan idmançılar cəlb edilib. Ən maraqlısı da bundan ibarətdir ki, idmançıların öz aralarında da maraqlı rəqabət gedir. Çünki bir günkü idmançı özündən əvvəl qonaq atletin dediyi və ya etdiyi idman hərəkətlərini təkrarlamamağa çalışır. Bu da çox gözəl alınır.

İnsanların baxış sayı və telekanalla nazirliyə müraciətlərdən sonra qərara gəldik ki, bu verilişi həftə içi beş gün edək. Veriliş saat 11:00-da başlayır və canlı yayımlanır. İdmançılar və ya veteranlar verilişə “Skype”la qoşulurlar. Həmin gün 18:20-də isə həmin verilişin təkrarı efirdə gedir. Həmçinin həftə içində olan verilişlər həftəsonu təkrar verilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 303 30.03.20 22:20