Dövlət Miqrasiya Xidmətinin rəisi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Dövlət Miqrasiya Xidmətinin rəisi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət etdi

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, Vüsal Hüseynov şəxsi “Facebook” hesabı vasitəsilə paylaşım edərək bildirib ki, Dövlət Miqrasiya Xidmətinə müraciətlərlə bağlı beş məsələ nəzərə alınmalıdır.

Həmin məsələlər bunlardır:

1. Hər hansı müraciət, rüsum ödənişi, hazır sənədin götürülməsi, məlumat əldə edilməsi üçün Qəbul şöbələrinə mümkün olduğu qədər yaxınlaşmayın.

2. Dövlət rüsumu hər hansı bank kartı ilə və ya marketlərdə və digər ictimai yerlərdə olan ekspress pay ödəniş terminalları vasitəsilə ödənilə bilər.

3. Ödəniş etdikdən sonra müddətinin uzadılması barədə qərarı (sənədi) və ya digər icazə sənədlərini gəlib götürmək zərurəti yoxdur. Bu sənədlər olmadığı təqdirdə belə ölkəni tərk edə bilərsiz və inzibati məsuliyyət (cərimə tətbiq) edilmir.

4. Elektron xidmətlərdən istifadəyə diqqət yetirin. Xidmətlər rahat istifadə edilməsi üçün mümkün qədər asanlaşdırılıb və bu proses davam edir.

5. Dövlət Miqrasiya Xidməti hər gün işləyir, 919 Çağrı Mərkəzi fasiləsiz rejimdə fəaliyyət göstərir. Hər hansı sual, çətinlik olarsa zəng edin, elektron qaydada, Xidmətin ünvanına və ya sosial şəbəkə hesablarına yazın, məlumat verin.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            932 30.03.20 22:12