Fransaya virus kilsədən yayılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |    

Fransaya virus kilsədən yayılıb

Fransanın Səhiyyə naziri Olivye Veran koronavirusun keçən ay Müluz şəhərindəki Yevangelist kilsəsində keçirilən dini mərasimlər zamanı yayıldığını etiraf edib.

Veran “Le Journal du Dimanche” qəzetində ölkəyə təsir edən COVID-19-la bağlı açıqlama verib.

“Yoluxma nöqtəsi Müluzdakı Yevangelist kilsəsi olub. Epidemiya həqiqətən buradan ölkəyə yayılıb”, - deyən Veran hökumətin epidemiyanın səbəb olduğu böhranın idarə edilməsi ilə bağlı narahatlığını düşündüyünü bildirib.

O, ölkəsinin COVID-19-a qarşı tədbirlərdə gecikmədiyini qeyd edib.

“Le Monde” qəzeti virusun Avstriyaya da Yevangelist kilsəsindən yayıldığı barədə xəbər yazıb.

Vyanada yaşayan bir ailənin 17-21 fevral tarixlərində həmin kilsədə təşkil edilən mərasimlərə qatıldığı, fevralın 27-də Belçika vasitəsilə paytaxta qayıtdığı və virus testlərinin müsbət çıxdığı qeyd edilir.

Afrika ölkəsi olan Burkina-Fasoya da virusun bu vasitə ilə yayıldığı bildirilir. Virus mərasimlərdə iştirak edən ən az 1000 nəfərdə aşkar edilib. Bir çox şəhərdə keçirilən həmin ayinlərin ölkədə epidemiyanın yayılmasına səbəb olduğu qeyd edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            928 30.03.20 20:50