Avtobusların kart sisteminə keçirilməsi sürətləndiriləcək? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Avtobusların kart sisteminə keçirilməsi sürətləndiriləcək? - AÇIQLAMA

Ölkə üzrə koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində bir sıra tədbirlər görülür. İnsanların bir-biri ilə təması, ünsiyyəti minimuma endirilir. Xüsusilə 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxması qadağan edilib.

Lakin maraqlı məqamlardan biri bəzi sərnişindaşıma avtobuslarında hələ də ödənişin nəğd qaydada aparılmasıdır.

Ölkə üzrə bütün sərnişindaşıma avtobuslarının kart sisteminə keçirilməsi istiqamətində tədbirlər davam etdirilirdi.

Bəs görəsən mövcud vəziyyətlə əlaqədar olaraq, bu prosesin bir qədər sürətləndirilməsi gözlənilirmi?

Məsələ ilə bağlı Oxu.Az-ın sualını cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avtobus xətlərinin “BakıKart”a inteqrasiyası ilə bağlı işlər plana uyğun şəkildə davam etdirilir:

“Hazırda əsas diqqət əksepidemik tədbirlərə yönəldilməsinə baxmayaraq, bu istiqamətdə də tədbirlər görülür. Nəzərinizə çatdırım ki, bütün həyat əhəmiyyətli qurumlarda olduğu kimi bizdə də işlər xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla davam etdirilir. Eyni zamanda bu cür epidemik vəziyyət özü də bir daha sübut edir ki, nağdsız ödəniş sistemlərinin tətbiqi zəruridir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            798 28.03.20 20:50