Xüsusi karantin rejimi qərarından sonra Bakıda parkların ətrafı hasarlanır, skamyalar götürülür - VİDEO
Bakı ərazisində yerləşən parklara insanların girişi artıq məhdudlaşdırılır.
Buna səbəb Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yaymasıdır.
Belə ki, virusun yayılmasının qarşısını almaq üçün bir sıra addımlar atılır. Bu məqsədlə bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır, oradakı skamyalar götürülür.
Qeyd edək ki, 29 mart, saat 00:00-dan etibarən Azərbaycan ərazisində xüsusi karantin rejimi gücləndirilir.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!